Ağdaşda xüsusi karantin rejimi ilə bağlı reydlər davam edir.
Ağdaş rayon İcra Hakimiyyəti yanında koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış mobil qruplar xüsusi karantin rejiminin tətbiqi ilə bağlı rayon ərazisində sakinlərin sıx toplaşdığı məkanlar, ictimai iaşə, ticarət və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək, eyni zamanda ictimai maarifləndirmə və profilaktiki tədbirlərin görülməsi məqsədilə reydləri davam etdirir.
25 noyabr 2020-ci il tarixdə rayon ərazisində mobil qrupların üzvləri tərəfindən müxtəlif istiqamətlərlə bağlı 175 reyd keçirilmişdir.
Karantin qaydalarını pozduğuna görə 3 nəfər fiziki şəxsə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunmuş, 4 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasiminin keçirilməməsi ilə bağlı tövsiyələr verilmişdir.
Reyd zamanı müxtəlif qanunsuz tədbirləri təşkil edənlər, o cümlədən vətəndaşlar da daxil olmaqla 76 xəbərdarlıq edilmişdir.
Mobil qruplar tərəfindən reydlər mütəmadi olaraq davam etdirilir.