Bu gün ölkəmizdə Konstitusiya Günü qeyd olunur.
12 noyabr 2020 | 11:00
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün ulu öndər Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.
Həmin gündən başlayaraq 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.