Reydlər davam edir.
Ağdaş rayon İcra Hakimiyyəti yanında koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış mobil qruplar ölkədə tətbiq edilən xüsusi karantin rejiminin tətbiqi ilə bağlı rayon ərazisində sakinlərin sıx toplaşdığı məkanlar, o cümlədən idarə, müəssisə, təşkilatlar habelə, ictimai iaşə, ticarət və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək, eyni zamanda ictimai maarifləndirmə və profilaktiki tədbirlərin görülməsi məqsədilə reydlər həyata keçirirlər.
Reydlər zamanı bir neçə çay evinin fəaliyyəti dayandırılmışdır. Karantin rejiminin tələblərinə əməl etməyən sahibkarlar, müxtəlif qanunsuz tədbirləri təşkil edənlər, o cümlədən karantin rejiminin tələblərinə məhəl qoymayan sakinlərlə bağlı profilaktiki və maarifləndirici tədbirlər davam etdirilir.