Ağdaşda dövlət qulluqçularının peşə bayramı qeyd olunmuşdur.
İyunun 21-də Ağdaşda 23 iyun - dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbirlər keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Parkında Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüş və xatirə şəkili çəkdirmişlər.
Sonra tədbirlər dövlət qulluqçuları çalışan idarə, müəssisələrdə davam etdirilmişdir. Tədbirlərdə çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu sahəsində görülən işlərdən danışmış, dövlət qulluqçularının peşə bayramının təsis edilməsi haqqında Sərəncamın əhəmiyyətini yüksək qiymətləndirmişlər. Xüsusi vurğulanmışdır ki, müasir dövlət qulluğu dövlət idarəetmə kadrlarının fəaliyyətindən ibarətdir. Dövlət qulluqçuları da ölkədə sabitliyi təmin edən və baş verən dəyişikliklərə uyğunlaşan çevik və səmərəli dövlət mexanizminin əsasını təşkil edirlər. Peşəkar kadrlar dövlət qulluğunun hərəkətverici qüvvəsidir.
Sonda dövlət qulluğu sahəsində çalışan bir qrup işçilərə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Ağdaş rayon komitəsi tərəfindən hədiyyələr təqdim olunmuşdur.