Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda reydlər davam etdirilir.

25 sentyabr 2020 | 11:00

Ağdaş rayon İcra Hakimiyyəti yanında koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış mobil qruplar ölkədə tətbiq edilən xüsusi karantin rejiminin tətbiqi ilə bağlı rayon ərazisində sakinlərin sıx toplaşdığı məkanlar, ictimai iaşə, ticarət və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək, eyni zamanda ictimai maarifləndirmə və  profilaktiki tədbirlərin görülməsi  məqsədilə reydlər həyata keçirir.
Mobil qrupların üzvləri tərəfindən  vaxtaşırı olaraq müxtəlif isiqamətlərdə reydlər keçirilir. Qaydalara əməl etməyən sahibkarlar, müxtəlif  qanunsuz  tədbirləri təşkil edənlər,  o cümlədən  karantin rejiminin tələblərinə məhəl qoymayan sakinlərlə bağlı profilaktiki tədbirlər davam etdirilir.

Keçidlər