Ağdaşda 15 İyun “Milli Qurtuluş Günü”nün 20-ci ildönümü qeyd edildi
İyulun 14-də Ağdaşda 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Parkında Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər. Tədbirdə 10 mindən artıq iştirakçı olmuşdur.
Sonra tədbir YAP Ağdaş rayon təşkilatının qərargahında davam etdirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, şəhər məktəblərinin direktorları, ictimai təşkilatların nümayəndələri və digərlərinin iştirakı ilə 150 nəfər iştirak etmişdir.
Ağdaş rayon İcra Hakimiyəti başçısının birinci müavini, YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov tədbiri giriş sözü ilə açaraq 15 İyun "Milli Qurtuluş Günü"nün 20-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. O çıxışında qeyd etdiki, bu gün Azərbaycan xalqı üçün çox əlamətdar günlərdən biridir: "Azərbaycanın müasir tarixi Ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışından sonra başlayıb. Bu qayıdış Azərbaycanı xaosdan, anaraxiyadan, özbaşınalıqdan xilas etməklə yanaşı, müasir inkişafımızın, rifahımızın, bir sözlə yüksəlişin bütün sahələrdə əmin-amanlığın, sabitliyin təmin olunmasından tutmuş, iqtisadi tənəzzülün qarşısının alınmasına qədər bütün işlər Ümummilli lider Heydər Əliyevin geniş fəaliyyətinin, fədakarlığının bilavasitə nəticəsidir.
Milli Qurtuluş Günü münasibətilə təşkil olunan ümumrayon toplantısında çıxış edən natiqlər 20 il əvvəl ölkəmizin ictimai-siyasi həyatında baş vermiş hadisələrdən söhbət açaraq qeyd etdilər ki, həmin dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, siyasi naşılığı nəticəsində müstəqilliyimizin itirilməsi, dövlətçiliyimizin məhv olması təhlükəsi yarandı. Siyasi dövlət xadimi, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən qayıdışından sonra ölkəmiz düçar olduğu bəlalardan qurtuldu və respublikamızda uğurlu gələcəyin təməli qoyuldu.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov yekunlaşdırmışdır.