Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə yeni avtomobillər verildi.

18 sentyabr 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə gətirilən,  Türkiyədə istehsal olunan "Fiat Doblo Maxi XL” markalı yeni təcili tibbi yardım avtomobillərindən ikisi Ağdaş rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə verilib.
Prezident İlham Əliyevin tapşırığı ilə qabaqcıl şirkətlərin istehsalı olan ən müasir tibb avadanlığı ilə təchiz edilən təcili tibbi yardım avtomobillərinin ölkəmizə gətirilməsi hazırkı dövrdə, pandemiya ilə mübarizə aparılan bir şəraitdə çox mühüm rol oynayır. Bu, Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığına nə dərəcədə həssas yanaşdığının göstəricisidir.
Yeni "Fiat Doblo Maxi XL” markalı təcili tibbi yardım avtomobilinin gətirilməsi ilə rayonda əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardımın keyfiyyəti və səmərəliliyi daha da artırılacaq.

Keçidlər