Şriftin ölçüsü :

Saytın rəngi :

18 sentyabr Milli Musiqi günüdür.

18 sentyabr 2020 | 11:00

Bu gün dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 135-ci ildönümü tamam olur.
Ölkəmizdə hər il sentyabrın 18-də Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günü Milli Musiqi Günü kimi qeyd olunur.
Milli Musiqi Gününün qeyd olunması barədə sərəncam ölməz bəstəkarın 100 illiyi ərəfəsində xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyev tərəfindən imzalanıb.
Üzeyir Hacıbəyli bütün Şərq dünyasında “Leyli və Məcnun” operası ilə bir ilkə imza atıb. Azərbaycan professional musiqisinin tarixi həmin operanın tamaşaya qoyulduğu 1908-ci ildən başlayır.
Üzeyir Hacıbəylinin yaratdığı ilk muğam operasının 100 illiyi YUNESKO səviyyəsində qeyd edilib.
Rayonumuzda hər il Milli Musiqi Günü və görkəmli bəstəkarın ad günü münasibətilə silsilə tədbirlər keçirilir.
Bu münasibətlə karantin rejiminin qaydaları gözlənilməklə 17 sentyabr 2020-ci il tarixdə Habil Əliyev adına 1 nömrəli şəhər Musiqi məktəbində onlayn formatda tədbir təşkil edilib.
Tədbirdə Musiqi məktəbinin şagirdlərinin ifasında bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi dəyərli əsərlər səsləndirilib.

Keçidlər