Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda yeni dərs ili başlandı.

15 sentyabr 2020 | 11:00

15 sentyabr 2020-ci il tarixdə rayonda mövcud sanitar epidemioloji şəraitə uyğun olaraq yeni dərs ili başlandı.
Yeni dərs ili karantin rejiminin tələblərinə uyğun olaraq bu il fərqli üslubda təşkil olunub. Bütün ümumtəhsil məktəblərində dezinfeksiya tədbirləri həyata keçirilib. Karantin rejimi dövründə sanitar-epidemioloji şəraitin tələblərinə uyğun olaraq tədrisin təşkili ilə bağlı  bütün ümumtəhsil məktəblərinə müvafiq qaydada təlimatlar verilib.
Təhsil Nazirliyi tərəfindən məktəblərə qızdırmaölçən cihazlar, maskalar və digər dezinfeksiyaedici məhlullar paylanılıb, uşaqların məktəbə qədər müşayiət edilməsi ilə bağlı valideynlər qabaqcadan məlumatlandırılıb.
Nazirliyin göstərişinə əsasən ilkin olaraq məktəblərə ibtidai siniflərin şagirdləri cəlb edilib. Dərslərin həftə ərzində əyani və distant (məsafədən) keçirilməsi nəzərdə tutulub.
Cari ildə rayonun ümumtəhsil məktəblərinin I siniflərinə 1400 nəfər, X siniflərinə isə 807 nəfər şagirdin cəlb edilməsi gözlənilir.
Eyni zamanda indiyədək rayonun ümumtəhsil məktəblərinə elektron ərizə ilə müraciət etmiş 1236 nəfər  5 yaşlı şagirdin məktəbəhazırlıq qruplarına cəlb edilməsi təmin ediləcəkdir.
Qeyd edək ki, yeni dərs ilinə hazırlıqla əlaqədar Orta Ləki kəndində 480 şagird yerlik yeni məktəb binası və  Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana - yeni məktəb” layihəsi çərçivəsində Yenicə kəndində 440 şagird yerlik yeni məktəbin tikintisində artıq son tamamlama işlərinə başlanılıb.
Əziz müəllimlər və şagirdlər, yeni dərs iliniz mübarək!

Keçidlər