Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda məktəbəqədər təhsil müəssisələrində dezinfeksiya işləri başa çatdı.

14 sentyabr 2020 | 11:00

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi günlərində fəaliyyəti dayandırılmış ölkənin bir sıra şəhər və rayonlarında məktəbəqədər təhsil müəssisələrinin Nazirlər Kabinetinin 29 avqust 2020-ci il tarixli 312 nömrəli qərarına əsasən 15 sentyabr 2020-ci il tarixdən fəaliyyətinin yenidən davam etdirilməsi nəzərdə tutulmuşdur.
Bununla əlaqədar rayon İcra Hakimiyyətinin tabeçiliyində fəaliyyət göstərən 30 məktəbəqədər təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin sanitar-epidemioloji vəziyyətə uyğun olaraq təşkil edilməsi məqsədilə həyata keçirilən dezinfeksiya işləri başa çatdırılmış, eyni zamanda pandemiya dövründə bağçaların fəaliyyəti ilə bağlı təlimat xarakterli yaddaş hazırlanaraq yerlərə göndərilmiş, bağçaların işçi heyətlərinin tibbi müayinədən keçirilməsi üçün zəruri tədbirlər görülmüşdür.

Keçidlər