Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş şəhərində tikilən yeni bağça binasında son tamamlama işləri başa çatmaq üzrədir.

10 sentyabr 2020 | 11:00

Heydər Əliyev Fondu fəaliyyətə başladığı son 16 il ərzində ölkəmizin təhsil, səhiyyə, mədəniyyət  müəssisələrinin tikintisi və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək müasir cəmiyyət quruculuğu proseslərində fəal iştirak edir.
Fond tərəfindən gerçəkləşdirilən layihəyə uyğun olaraq ötən ilin sonlarından başlayaraq rayonda  qəzalı vəziyyətdə olan məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə hazırlıq işləri həyata keçirilmiş, bu məqsədlə cari ilin əvvəlindən başlayaraq 6 nömrəli şəhər körpələr evi-uşaq bağçası üçün 60 yerlik yeni binanın tikintisinə başlanılmışdır.
9 sentyabr 2020-ci il tarixdə Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov körpələr evi-uşaq bağçasının yeni binasının tikintisində yekunlaşma mərhələsində olan son tamamlama işləri ilə tanış olub.
Rayon İcra Hakimiyyətinin başçısı tikintidə çalışan mütəxəssislərlə söhbət edərək onların əməyini yüksək qiymətləndirməklə, bir sıra tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər