Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda karantin qaydalarını pozan 2 çayxananın fəaliyyəti dayandırılıb

21 avqust 2020 | 11:00

Ağdaş rayon İcra Hakimiyyəti, Rayon Polis şöbəsi və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının da iştirakı ilə keçirilən reyd zamanı karantin rejimi qaydalarına əməl etməyən, eləcə də sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan kafe, restoran və çayxanalar aşkarlanıb. Sahibkarlar və icarədarlarla profilaktik söhbətlər aparıb, tələblərə riayət etmələrinin həm özləri, həm də digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Həmçinin, gözəllik salonlarında, bərbərxanalarda, mağazalarda və digər qapalı məkanlarda  da reyd davam etdirilib. Polis əməkdaşları bəzi icarədarların, satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiklərini aşkarlayıblar.

Ümumilikdə, qaydaları pozduqları üçün 2 çayxananın fəaliyyəti dayandırılıb, 11 şəxs barəsində inzibati tənbeh tədbirləri görülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Keçidlər