Ağdaş rayonunda daşınmaz əmlakın icbari sığorta olunmasına həsr edilmiş tədbir keçirilmişdir.
11 iyun 2013-cü il tarixdə Ağdaş rayon İcra hakimiyyətində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta nəzarəti Xidməti ilə birlikdə “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar daşınmaz əmlakın icbari sığorta olunmasına həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözi ilə Ağdaş rayon İcra Hakimiyyəti Başçısının müavini İsmayıl Yusifzadə açmışdır.
Tədbirdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta nəzarəti Xidmətinin Lisenziya, ərizə və şikayətlər şöbəsinin müdiri Mahir Abdullayev çıxış edərək, ölkəmizdə sığortanın inkişafı sahəsində görülmüş işlərdən, ulu öndərimiz tərəfindən bu sahəyə göstərilmiş qayğıdan, eləcə də, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sığortanın daha da inkişaf etdirilməsi üçün həyata keçirdiyi tədbirləri qeyd etmiş, “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 24 iyun 2011-ci ildə qəbul edilməsi daşınmaz əmlakın məcburi sığorta olunmasının əhəmiyyətini daha da artırdığı bildirilmişdir.
Tədbirdə təbii fəlakətlər və bədbəxt hadisələr zamanı sığorta hadisəsinin qeydə alınması, onun ödənilməsi, qarşıya çıxan problemlər barədə maarifləndirici video-süjet göstərilmiş, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.