Kommunal Müəssisələr Kombinatı dezinfeksiya tədbirlərini davam etdirir.
17 avqust 2020 | 11:00
Rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Bu məqsədlə şəhərin müxtəlif prospekt və küçələrində qoyulmuş məişət tullantıları qutularının və digər texniki vasitələrin dezinfeksiyası işlərinə başlanılmışdır.
Dezinfeksiya tədbirlərinə müəssisənin işçi qüvvəsi və texnikalar cəlb edilmişdir.