Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi onlayn tədbir keçirdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq əməkdaşlıq Təşkilatının (GİZ) dəstəyi ilə “Cənubi Qafqazda Yerli inkişaf üçün Yaxşı İdarəetmə Proqramı” çərçivəsində “Gender Əlaqələndiriciləri üçün gender məsələlərinin təhlili” mövzusunda təlim keçirildi.
Tədbirdə rayonun 13 nəfər yerli İcra Hakimiyyəti nümayəndələri, 4 nəfər bələdiyyə üzvləri və sədrləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Dövlət Komitəsinin sədri Bahar Muradova açdı.
Məişət zorakılığı, erkən nikahlar və onların fəsadlarının aradan qaldırılması ilə bağlı məsələlər ətrafında məruzə təqdim edildi.
Onlayn təlimlərdə bir sıra mütəxəssislərlə yanaşı, Ağdaş, Ucar və Zərdab rayonlarının İcra Hakimiyyəti başçılarının müavinləri çıxış etdilər.