Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident yerli telekanallara müsahibə verib.

09 iyul 2020 | 11:00

Prezident yerli telekanallara müsahibə verib.

6 iyul 2020-ci il tarixdə  yeni yaradılmış modul tipli xəstəxananın açılışından sonra  Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibə verib
Prezident çıxışı zamanı qeyd edib ki, xəstəxana Xətai rayonunda yerləşir, 10 korpusdan ibarətdir, 800 xəstəni qəbul edə bilər. Pandemiya ilə mübarizədə Azərbaycan çox mühüm addımlar atır və bu istiqamətdə səhiyyə sisteminin gücləndirilməsi üçün müvafiq addımaların atılması zəruridir.
O, bildirib ki, modul tipli xəstəxanaların tikilməsi koronavirus xəstələrinin müalicəsi üçün böyük əhəmiyyətə malikdir:
Azərbaycanda hazırda beş modul tipli xəstəxana istifadədədir. Bunların ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri isə Abşeron rayonundadır.
Prezidentin göstərişi ilə daha 5 modul tipli xəstəxana istifadəyə veriləcək və bu modul tipli xəstəxanaların hesabına koronavirus xəstələrini effektiv şəkildə müalicə etmək mümkün olacaq. Bundan əlavə olaraq Azərbaycanda hazırda koronavirusla mübarizədə 45 xəstəxanada xəstə müalicəsi davam etdirilir.
Xüsusilə qeyd edilməlidir ki,  bu 45 xəstəxanadan 36-sı Prezident cənab İlham Əliyevin sərəncamı ilə son dövrlərdə inşa edilib və eyni zamanda labarotoriyaların sayı da artır.
Prezident çıxışında bildirmişdir ki, ÜST ilə əməkdaşlıq davam edir, ÜST direktoru Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşündə iştirak edib. Əməkdaşlığımız, məsləhətləşmələrimiz bundan sonra da davam edəcək.
İqtisadiyyatımız ciddi əsaslar üzərində qurulub, pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradı. Amma buna baxmayaraq, heç bir sosial layihəni təxirə salınmadı, ixtisar edilmədi. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirli olub.
Bu dövrdə ön planda olanı insanların sağlamlığıdır və insanlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır. Bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. Qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alacaq.
Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik.
BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan idi. Dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq deyə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı.
Dağlıq Qarabağ münaqişəsində mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanır.
BMT-nin nizamnaməsinə görə Azərbaycanın özünümüdafiə hüququ var. Ermənistan BMT-dən üstün deyil əlbəttə. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO kimi mötəbər beynəlxalq təşkilatların Azərbaycanın torpaq bütövlüyünü tanıyan qərarlar alması beynəlxalq aləmdə mövqeyimizi daha da gücləndirir;.
Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin növbətçi görüşlərindən savayı heç bir diplomatik səy göstərilməir. ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi,  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya, ekoloji vəziyyətin korlanmasına səssiz qalır. Xunta rejiminin bölgəni narkotik maddələr və silah qaçaqmalçılığı bazasına çevirməsinə, keçirilmiş saxta seçkilərə münasibət bildirmirlər.
Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyəndə Azərbaycan buna layiqincə cavab verdi. Paşinyanın bu ifadəsi Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupu buna adekvat cavab vermədi.

Keçidlər