Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “9 may – Qələbə günü” qeyd edilmişdir.

10 may 2013 | 10:00

Mayın 9-da İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 68-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir. Rayon İcra Hakimiyyəti Başçısı mərasimdə iştirak etmiş, veteranlarla görüşmüş, onlarla birgə “1941-1945-ci illər abidə kompleksi” önünə gül dəstələri qoymuş, xatirə şəkli çəkdirmişdir. Sonra tədbir “Səma” şadlıq sarayında davam etdirilmiş, veteranların şərəfinə ziyafət verilmişdir. Veteranlara rayon İcra Hakimiyyətinin və Millət vəkili Çingiz Əsədullayevin hədiyyələri təqdim olunmuşdur.

Keçidlər