Mobil qruplar tərəfindən reydlər davam etdirilir.
Mobil qruplar tərəfindən reydlər davam etdirilir.
Ağdaş rayon İcra Hakimiyyəti yanında koronavirus infeksiyasına (COVİD-19) qarşı yaradılmış mobil qruplar ölkədə tətbiq edilən xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar rayon sakinlərin sıx toplaşdığı məkanlar, ictimai iaşə, ticarət və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək, ictimai maarifləndirmə və profilaktiki tədbirlərin görülməsi məqsədilə reydlər həyata keçirir.
Mobil qrupların üzvləri tərəfindən 08 iyul 2020-ci il tarixində aparılan reydlər zamanı karantin rejiminin pozulmasına görə 19 ticarət və xidmət obyektlərinin sahibkarları, yas mərasimi, əsgər qarşılama tədbiri keçirənlərə xəbərdarlıq edilmiş, 10 sahibkar cərimələnmiş, 1 çay evinin fəaliyyəti dayandırılmışdır. 5 sahibkarlıq fəaliyyəti ilə məşğul olan obyektlərdə nöqsanlar qeydə alınmamışdır.
Mobil qruplar tərəfindən tədbirlər davam etdirilir.