Şriftin ölçüsü :

Saytın rəngi :

Mobil qruplar tərəfindən reydlər keçirilir

06 iyul 2020 | 11:00

Mobil qruplar tərəfindən reydlər  keçirilir.
   Ağdaş rayon İcra Hakimiyyəti yanında  koronavirus infeksiyasına (COVİD-19) qarşı yaradılmış mobil qruplar ölkədə tətbiq edilən xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar rayon sakinlərin sıx toplaşdığı məkanlar, ictimai iaşə, ticarət və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək, ictimai maarifləndirmə və  profilaktiki tədbirlərin görülməsi  məqsədilə reydlər həyata keçirir.
Mobil qrupların üzvləri tərəfindən son günlər ərzində sakinlər arasında tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi barədə geniş izahat işləri aparılmışdır.
.Karantin rejimi qaydalarını  pozduqlarına  görə 1 qanunsuz fəaliyyət  göstərən idman qurğusu, 2 ticarət obyekti və 6 çay evinin fəaliyyətinin dayandırılması ilə bağlı akt  tərtib edilərək aidiyyəti üzrə Polis şöbəsinə göndərilmişdir.
Qeyd edək ki, rayonun şəhər, qəsəbə və kəndlərdə yaradılmış 48 mobil qrupun tərkibinə rayon İcra Hakimiyyəti, Polis şöbəsi, yerli icra strukturları, gənclər təşkilatları, siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının nümayəndələri daxildir.
Operativ Qərargahın tələblərinə əməl olunması vəziyyətinin nəzarətdə saxlaması üçün mobil qruplar tərəfindən tədbirlər davam etdirilir.

Keçidlər