Rayon sakinlərinin nəzərinə
02 iyul 2020 | 11:00
Rayon sakinlərinin nəzərinə
Sakinlərin koronavirus infeksiyasına (COVİD-19) yoluxmasının qarşısının alınması, bu sahədə müvafiq çağırışlara uyğun olaraq əhali arasında koronavirusdan qorunmaq məqsədilə rayon İcra Hakimiyyətində mobil qruplar yaradılır.
Mobil qrupların yaradılmasının əsas məqsədi xüsusi karantin rejimi dövründə tibbi maskalardan istifadə, vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında ictimai maarifləndirmə aparmaq, cəmiyyətin sağlamlığını qorumaqdır.
Yaradılacaq qruplarda fəaliyyət göstərmək istəyənlərin rayon İcra Hakimiyyətinə müraciət etmələri tövsiyə olunur.