Dövlət Komissiyasının işçi qrupu tərəfindən onlayn konfrans keçirildi.
Dövlət Komissiyasının işçi qrupu tərəfindən
onlayn konfrans keçirildi.
Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 9348 nömrəli göstərişinə əsasən 30 iyun 2020-ci il tarixdə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda onlayn formatda konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov açmışdır.
Qeyd olunmuşdur ki, son illər dövlət başçısı cənab İlham Əliyevin qayğısı sayəsində daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də ölkəmizdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində görülən işlərdir.
Çıxışlarda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair müvafiq Dövlət Proqramı”nın təsdiq edilməsi, növbəti 5 illik Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planı bu sahədə həyata keçirilən işlərin bariz nümunəsidir.
Respublikamızda Dövlət Proqramının icrası ilə əlaqədar hazırlanmış tədbirlər planında əksini tapan məsələlərlə bağlı məqsədyönlü işlərin görüldüyü diqqətə çatdırılıb, qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbirdə mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti orqanlarının, habelə qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Zoom platforması üzrə keçirilən tədbirə rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əli Kərimov qoşulmuşdur.