Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident N saylı hərbi hissədə açılış mərasimində olub.

29 iyun 2020 | 11:00

Prezident N saylı hərbi hissədə açılış mərasimində olub.

Mingəçevirə səfəri zamanı dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində açılış mərasimində iştirak edib. O, çıxışı zamanı ordu quruculuğu  və ideoloji məsələlərlə bağlı bir sıra məqamlara toxunub.
  Qeyd olunub ki, son illər ökəmiz müharibə şəraitində yaşayır və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifələrdən biridir. Bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Ordunun sərəncamında olan bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və 1700 zabit mənzillə təmin olunub. Bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcək. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır.
Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Hər şeyi öz hesabımıza əldə etmişik. Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, nəhəng neft-qaz layihələri icra etməsəydik, ordumuzu müasirləşdirmək üçün vəsaitimiz olmazdı. Strateji obyektlər ən yüksək səviyyədə qorunur.
Cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir. Ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcək. Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Bu da bizim böyük potensialımızdır.
Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir.
Müdafiə Sənayesi Nazirliyi hərbi tələbatın mühüm hissəsini istehsal edir 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.
Münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq.
Hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir.
Ölkəmizin qədim və müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır.
Bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb. Gənclərimiz bugünkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməlidirlər.
.Azərbaycan Xalq Cümhuriyyəti antimilli qurum kimi qələmə verilirdi. Ancaq bizim müstəqilliyimizi əlimizdən alanlar, yerli satqınlar qəhrəman kimi qələmə verilirdi.
Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi.
Bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır. Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşüb. Bunu hər kəs bilməlidir.
Şuşanın işğalı böyük faciə idi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət quruculuğu yeni mərhələyə başladı. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi.
Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur.
Avropa Şurası, ATƏT Ermənistandakı diktatura rejiminə səssiz qalır. Ermənistan hökumətinin antidemokratik rejiminə qarşı, Avropa Şurası və ATƏT  səslərini çıxarmırlar.
Ermənistanın inkişaf perspektivləri yoxdur.

Keçidlər