Ağdaş Dövlət Humanitar Kollecində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Mayın 07-də Ağdaş Dövlət Humanitar Kollecində Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Parkında Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər. Sonra tədbir Ağdaş Dövlət Humanitar Kollecin iclas zalında davam etdirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul nümayəndələri, Ağdaş Dövlət Humanitar Kollecinin müəllim və tələbə kollektivi iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Kollecin direktoru açmış və “Heydər Əliyev 90” mövzusunda məruzə dinlənilmişdir.
Məruzə ətrafında çıxış edənlər Heydər Əliyevi Azərbaycan xalqının xilaskarı və müasir Azərbaycanın qurucusu olduğu qeyd olunub, ulu öndərin yürütdüyü siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Sonda çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP rayon təşkilatının sədri Cavid Osmanov qeyd etdi ki, Heydər Əliyev elə nadir tarixi şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş və xalqın sonsuz sevgisini qazanmışdı.
Tədbirin sonunda YAP-ın sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim olunmuş və Heydər Əliyev haqqında film nümayiş etdirilmişdir.