Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günüdür.

23 iyun 2020 | 11:00

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günüdür.
Bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günüdür. Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamına əsasən hər ilin 23 iyun tarixi dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.
Ötən dövr ərzində ölkə Prezidentinin sərəncamları ilə bir çox dövlət qulluqçusu yüksək ixtisas dərəcəsi alıb, məhz dövlət qulluqçuları üçün təsis olunmuş "Vətənə xidmətə görə" ordeninin müxtəlif dərəcələri,  "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Əməkdar dövlət qulluqçusu" adı ilə yaranıb.
İndiyədək rayonda fəaliyyət göstərən 11 nəfər dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 3 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Müasir dövlət qulluğu dövlət idarəetmə kadrlarının fəaliyyətindən ibarətdir. Dövlət qulluqçuları da ölkədə sabitliyi təmin edən və baş verən dəyişikliklərə uyğunlaşan çevik və səmərəli dövlət idarəçiliyi mexanizminin tətbiqini zamanın tələbinə uyğun həyata keçirən vəzifəli şəxslərdir. Eyni zamanda  peşəkar kadrlar dövlət qulluğunun əsas hərəkətverici qüvvəsini təşkil edir.
Bir daha bu bayram münasibətilə rayonumuzun dövlət strukturlarında fəaliyyət göstərən bütün dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edir, onlara yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayırıq.

Keçidlər