Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyun – Tibb İşçilərinin peşə bayramı günüdür.

17 iyun 2020 | 11:00

17 iyun – Tibb İşçilərinin peşə bayramı günüdür.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq hər il iyunun 17-i ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini vermiş, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradılmış, beynəlxalq əlaqələr genişləndirilmişdir.
Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt  Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.
Qeyd edək ki, Tibb İşçilərinin peşə bayramı ərəfəsində səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2020-ci il tarixli Sərəncamı ilə ölkə səhiyyəsinin inkişafındakı xidmətlərinə görə bir sıra səhiyyə işçisi, o cümlədən Ağdaş rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkimi İsayev Firqət Məhərrəm oğlu “Əməkdar həkim” fəxri adı ilə təltif edilib.
Rayon Mərkəzi Xəstəxanasının bütün tibbi personalını peşə bayramları münasibətilə təbrik edir, koronavirus pandemiyası dövründə əhalinin sağlamlığı keşiyində dayanaraq göstərdikləri fədakarlığa görə onların hər birinə yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayırıq.

Keçidlər