Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda istehsalçılardan yaş barama tədarükü davam edir.

13 iyun 2020 | 11:00

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızda ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi Ağdaş rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın inkişafına təkan verib.
Rayonda yaş barama tədarükünə başlanılıb. Qəbul məntəqəsində baramanın qəbulu üçün lazimi şərait yaradılıb. Mövsümün ilk günlərindən indiyədək kümçülər tərəfindən yetişdirilən 7858 kiloqram məhsul “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib.
Builki mövsümdə barama yetişdirmək üçün 263 kümçü ilə müqavilə bağlanılıb, onlara 600 qutu ipəkqurdu paylanılıb.

Keçidlər