Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət koronavirus pandemiyası ilə mübarizədə qətiyyətli tədbirlər həyata keçirir.

11 iyun 2020 | 11:00


Ölkəmizdə Covid-19 pandemiyası ilə mübarizədə Azərbaycan vətəndaşının real təhlükədən qorunması dövlətin  əsas prioritetlərindən  birinə çevrilmişdir. Dövlət başçısının rəhbərliyi altında  həyata keçirilən önləyici tədbirlər öz səmərəsini verməkdədir.
İlin əvvəlində başlayaraq  dövlət başçısı tərəfindən verilən  bütün tapşırıqları dərhal və uğurla yerinə yetirən Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah,  sutkanın 24 saatı ərzində fəaliyyət göstərən  həkim və tibb bacıları,  eləcə də digər qurumların  əməkdaşları və əhalinin böyük həmrəyliyi sayəsində yoluxmanın  qarşısı əhəmiyyətli  dərəcədə alınaraq  vəziyyət nəzarətdə saxlanılmışdır.
Koronavirusla mübarizə, sosial-iqtisadi sahələr və insanların yaşayış tərzinin yaxşılaşdırılmasına  ayrılan 3,5 milyard manatlıq vəsait dövlət başçısının siyasi iradəsinin  möhtəşəmliyinin əyani sübutudur. Qeyd olunan bu addımlar, dövlət başçısının daim xalqın yanında olmasının, millətin bütün ehtiyac və çətinliyini  dövlət tərəfindən qarşılanmalı olduğunun nümayişinə çevrildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılış mərasimində iştirak etmişdir. Dövlət başçısı demişdir: “Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub. Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik.”
Koronavirusla mübarizədə  Azərbaycan özünə qapanmamış, əldə etdiyi  müsbət təcrübəni bütün dünya ilə bölüşməyə üstünlük vermişdir. Hazırda  ölkəmiz rəhbərlik etdiyi iki böyük təşkilatın - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında zirvə görüşlərini keçirərək Azərbaycanın nümunəyə çevrilən təcrübəsini onlarla bölüşdü, pandemiyaya qarşı birgə mübarizənin  səmərəli təşkili məqsədilə ÜST-ə əlavə 5 mln. dollar vəsait verərək ən kasıb və ehtiyac duyan ölkələrə çatdırılması istiqamətində tədbirləri davam etdirir.
Prezident modul tipli xəstəxanada çıxışı zamanı vurğulamışdır ki, Azərbaycan sadəcə öz problemlərini həll etmir, eyni zamanda başqa dövlətlərə də yardım edir. Bəzi ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir. Bununla paralel olaraq, biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərmişdir.

 

 

 

 

 

Keçidlər