Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda təhsil müəssisələri üçün yeni binalar tikilir.

13 may 2020 | 11:00

Dövlət başçısı  cənab İlham Əliyev  ötən ilin oktyabr ayının 28-də rayona səfərindən sonra “Ağdaş rayonunun Orta Ləki kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamış, sərəncama əsasən rayonun Orta Ləki kəndində 480 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin  ehtiyat  fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat vəsait ayrılmışdır.
Heydər Əliyev Fondu fəaliyyətə başladığı son 16 il ərzində ölkəmizin təhsil, səhiyyə, mədəniyyət  müəssisələrinin tikintisi və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək müasir cəmiyyət quruculuğu proseslərində fəal iştirak edir.
Fond tərəfindən gerçəkləşdirilən “Yeniləşən Azərbaycana-yeni məktəb” layihəsi çərçivəsində Yenicə kəndində 440 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılmışdır.
Eyni zamanda Fondun dəstəyi ilə ötən ilin sonlarından başlayaraq  qəzalı vəziyyətdə olan məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə hazırlıq işləri həyata keçirilmiş, bu məqsədlə cari ilin əvvəlindən başlayaraq 5 nömrəli körpələr evi- uşaq bağçası üçün 80 yerlik  və 6 nömrəli şəhər körpələr evi-uşaq bağçası üçün 60 yerlik yeni binaların tikintisinə başlanılmışdır.
Hazırda  sözügedən  təhsil ocaqlarında  tikint işləri sürətlə  davam etdirilir.

Keçidlər