Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür.

10 may 2020 | 11:00

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanları var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Azərbaycan xalqının ümummilli lideri, böyük siyasi və dövlət xadimi Heydər Əliyev 34 illik fəaliyyəti dövründə Azərbaycanın bütün guşələrinin inkişafına hərtərəfli diqqət yetirmiş, regionların sənaye və kənd təsərrüfatı potensialının inkişaf etdirilməsinə böyük qayğı göstərmişdir.
  Azərbaycan KP MK-nın birinci katibi və müstəqil Azərbaycanın Prezidenti vəzifəsində çalışarkən  ulu öndər Heydər Əliyev 5 dəfə (1972, 1978, 1980, 1981 və 1998-ci illər) Ağdaş rayonunda olmuş, əmək adamları ilə unudulmaz  görüşlər  keçirmiş, rayonun partiya-təsərrüfat fəallarının yığıncaqlarında iştirak etmiş, Ağdaşın qədim tarixi və  müasir ənənələri barədə xoş sözlər söyləmişdir.
Azərbaycan xalqı və müstəqil Azərbaycan ulu öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla və inamla irəliyə doğru addımlayır.

Keçidlər