Vətəndaşların sağlamlığının qorunması ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir.
04 may 2020 | 11:00
Rayonda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir.
Rayonun çoxmənzilli yaşayış binaları, ətrafları və binalardakı ümumi istifadə yerlərində sanitar-təmizlik, tibbi-profilaktiki dezinfeksiya işləri həyata keçirilir. Bu proses rayon ərazisində davamlı xarakter alıb.
Eyni zamanda rayon ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin əhaliyə çatdırılması məqsədilə təbliğat və maarifləndirmə işləri aparılır.