“Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirdiyi layihə çərçivəsində başlanılmış sosial aksia Ağdaş rayonunda da davam edir.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə dövlət tərəfindən görülən tədbirlərə dəstək olaraq Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirdiyi layihə çərçivəsində başlanılmış sosial aksia Ağdaş rayonunda da davam edir.
“Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.
22 aprel 2020-ci il tarixdə aksiya çərçivəsində rayon İcra Hakimiyyətinə daxil olan müraciətlər əsasında rayon üzrə qeyd olunan aztəminatlı və digər həssas kateqoriyadan olan 1500-dən artıq ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.