Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda polis əməkdaşları vətəndaşların sağlamlığının qorunmasına xidmət edir.

20 aprel 2020 | 11:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və gücləndirilmiş karantin rejiminin tələblərinə əməl olunması məqsədilə rayon Polis Şöbəsinin təşkilatçılığı ilə əhali arasında maarifləndirmə tədbirləri həyata keçirilir.
Polis əməkdaşları tərəfindən mütəmadi olaraq sakinlərlə maarifləndirici söhbətlər aparılır, prospekt və küçələrdə, çoxmənzilli yaşayış binalarının qarşısı və məhəllələrdə xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə müvafiq tələb və tövsiyələr vətəndaşların diqqətinə çatdırılır.
Eyni zamanda həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.

Keçidlər