Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyətində birinci rübün yekunları müzakirə olunub

20 aprel 2013 | 10:00

19 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprelin 14-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn vəzifələrin icrası ilə bağlı 2013-cü ilin birinci rübündə Ağdaş rayonunun sosialiqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısı yanında şura iclası keçirilmişdir.
İclasda rayonun idarə, müəssisə, hüquq – mühafizə orqanlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ictimai təşkilatların nümayəndələri və digərlərinin iştirakı ilə 110 nəfər iştirak etmişdir.
İclası giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov açaraq qeyd etdi ki, 14 aprel 2013-cü ildə Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə iclas keçirilmişdir. İclasda çıxış edən dövlət başçısı keçən ilin yekunlarını çox müsbət qiymətləndirərək Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. O cümlədən sosial-iqtisadi inkişafa dair Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə əlaqədar rüb ərzində rayonda həm sənaye, həm kənd təsərrüfatı, həm tikinti-quruculuq, abadlıq, həm də humanitar və xidmət sahələrində xeyli uğurlara və inkişafa nail olunmuşdur.
Məruzə ətrafında çıxış edən natiqlər rüb ərzində ölkə iqtisadiyyatında əldə olunan nailiyyətlərdən, möhtərəm cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icra vəziyyətindən, bu sahədə rayonda görülmüş işlər, mövcud olan problem və çatışmamazlıqların həlli yollarından bəhs etmişlər.
Sonda müzakirə olunan məsələ barədə Şura İclası qərar qəbul etmişdir.

Keçidlər