Ağdaşda maarifləndirici tədbirlər davam etdirilir.
14 aprel 2020 | 11:00
Ölkəmizdə karantin rejimi tətbiq olunduqdan sonra rayonda koronavirus pandemiyasına qarşı mübarizədə gənclər maarifləndirmə tədbirlərini fəal şəkildə davam etdirirlər.
Keçirilən tədbirlər zamanı virusa yoluxma riskinin qarşısının alınması məqsədilə rayon sakinlərinə şəxsi gigiyena qaydalarına riayət etmək, ictimai nəqliyyat və bankomatlardan istifadə edərkən insanlararası təmaslarda ara məsafəsini saxlamaq tövsiyə olunur.