Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda tənha yaşayan yaşlı insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində tədbirlər davam etdirilir.

13 aprel 2020 | 11:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasından qorunması üçün evdən çıxması qadağan edilmiş yaşı 65-dən yuxarı olan tənha şəxslərin xüsusi qayğı ilə əhatə olunması istiqamətində rayonda tədbirlər davam etdirilir.
Dövlət Sosial Müdafiə Fondunun rayon  şöbəsinin sosial xidmət işçiləri və könüllülər tərəfindən tənha yaşayan ahıl şəxslərə gündəlik tələbatları ilə bağlı zəruri ərzaq və avadanlıqları, dərman vasitələrinin alınması, müxtəlif ödənişlərin edilməsi və ehtiyac duyduqları sosial məişət xidmətləri ilə bağlı davamlı olaraq köməkliklər göstərilir.

Keçidlər