Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ağdaş rayon təşkilatı 150 nəfərədək ahıl, tək-tənha yaşayan insanlara gigiyenik vasitələr çatdırıblar.

08 aprel 2020 | 11:00

Yeni Azərbaycan Partiyası “Sağlamlığımız həmrəyliyimizdədir” devizi altında #EVDƏQAL adlı aksiyaya start verib və qısa zaman kəsiyində kampaniyaya ölkə miqyası almış bir çox şirkət, ictimai birliklər və iş adamları qoşularaq aztəminatlı ailələrə yardımlar etməyə başlayıb.
YAP Ağdaş rayon təşkilatı da 150 nəfərədək ahıl, tək-tənha yaşayan insanlara gigiyenik vasitələr çatdırıblar.
Ağdaş rayonunun millət vəkili Cavid Osmanov və rayonda fəaliyyət göstərən “1 İnci” marketin rəhbəri, sahibkar Şahin Qəhrəmanovun birgə təşkilatçılığı ilə 6-7 aprel tarixlərində rayonda olan 200 aztəminatlı ailənin evlərinə ərzaq və gigiyenik məhsulların çatdırılması həyata keçirilmişdir.

Keçidlər