Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə dezinfeksiya tədbirləri həyata keçirildi.

06 aprel 2020 | 11:00

Ağdaş rayon İcra Hakimiyyəti yanında koronavirus pandemiyasına qarşı yaradılan Qərargah infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində mübarizə tədbirlərinin gedişini diqqətdə saxlayır.
Rayon ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı tikililər və ətraflarında dezinfeksiya tədbirləri həyata keçirilmişdir.
Eyni zamanda koronavirus infeksiyasının yayılma riski və yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin və özünütəcrid rejiminin tələblərinə əməl etmək və dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə hər bir vətəndaşın, o cümlədən məcburi köçkünlərin də dəstək vermələri tövsiyə olunmuşdur.

Keçidlər