Ağdaşda əhali arasında sanitariya maarifləndirmə işləri davam etdirilir.
Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və bu sahədə əhalini məlumatlandırmaq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məlumatlandırıcı materiallar hazırlanmışdır.
Bununla bağlı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasından qorunmaq üçün vacib tövsiyələrin əks olunduğu müvafiq maarifləndirici çap materialları rayonun ticarət obyektlərinin girişinə vurulmuşdur.
Eyni zamanda ticarət obyektlərindən alış-veriş edən müştərilərə xüsusi karantin rejiminə və özünütəcrid qaydalarına riayət etməyin vacibliyi, düzgün əlyuma və tibbi maskadan istifadə qaydalarına dair buklet və vərəqələr təqdim edilmişdir.
Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq bir daha rayon sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, karantin rejimi müddətində son dərəcə məsuliyyətli olmağa çağırır, xüsusi zərurət olmadan evdən çıxmamağı və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbirlərini görməyi tövsiyə edirik.