Şriftin ölçüsü :

Saytın rəngi :

31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

31 mart 2020 | 11:00

1918-ci ilin mart ayında Bakı şəhəri və Azərbaycanın bir sıra bölgələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisələrindən 102 il keçir.
Qanlı faciələr zamanı minlərlə dinc azərbaycanlılar və ölkəmizdə yaşayan bir  sıra digər xalqlar ən amansız terror və deportasiyaya məruz qalmışdır. Xalqımıza qarşı törədilən bu qanlı cinayət erməni vandalizminin aşkar nümunəsi olmasına baxmayaraq, tariximizin ən qanlı səhifələrindən biri olmaq etibarı ilə sovet dönəmində uzun müddət ört-basdır edilərək gizli saxlanılmışdır.
Bu faciə əsl siyasi və hüquqi qiymətini xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycanın siyasi rəhbərliyinə tarixi qayıdışından sonra almışdır.
Azərbaycanın müasir tarixində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunan bu hadisələrin öyrənilməsi və tədqiqi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Onun məqsədyönlü fəaliyyəti nəticəsində erməni vandalizminə qarşı həyata keçirilən genişmiqyaslı tədbirlər dünya azərbaycanlılarının arasında birlik və həmrəyliyi getdikcə möhkəmləndirir.

Keçidlər