Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı rayonda “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasını davam etdirir

28 mart 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib ki, “hər bir vətəndaş öz məsuliyyətini dərk edib, yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərməlidir. Yaşlı nəslin nümayəndələrinə Azərbaycan cəmiyyətində həmişə böyük hörmət göstərilir”.
Bu kontekstdən çıxış edən Yeni Azərbaycan Partiyası “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasına start verib. Mövcud aksiya ilə əlaqədar Yeni Azərbaycan Partiyası  Ağdaş rayon təşkilatının gəncləri və könüllülərindən ibarət qrup yaradılmışdır. Qrupun üzvləri mart ayının 21-dən 29-dək  DSMF Ağdaş rayon şöbəsində sosial xidmətə götürülmüş 169 nəfər tənha, ahıl və əlil insanların evlərinə baş çəkir, onlara koronavirusdan qorunmaları və sağlamlıqlarının  müdafiəsi məqsədilə gigiyenik, yuyucu vasitələr və maarifləndirici materiallar çatdırır, xəstəlikdən qorunma üsullarını izah edirlər. Bu günə kimi qrup üzvləri tərəfindən 134 nəfər bu qəbildən olan şəxslə görüşülmüş və onlara müvafiq vasitələr çatdılımışdır. Karantinlə əlaqədar dərc edilmiş maarifləndirici materialların ayrı-ayrı evlərə, şəxslərə paylanılması işi növbəti günlərdə də təmin ediləcəkdir.

Keçidlər