Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyəti yanında koronavirus (COVİD-19) infeksiyasına qarşı yaradılan qərargahın iclası keçirildi.

27 mart 2020 | 11:00

27 mart 2020-ci il tarixdə rayon İcra Hakimiyyətində koronavirus (COVİD-19) pandemiyası və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə qərargahın iclası keçirildi. İclasda qərargahın üzvləri, rayonun idarə, müəssisə, təşkilatlar və dini icma nümayəndələri iştirak edirdi.
Qərargahın sədri, rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən karantin rejimi müddətində rayon ərazisində həyata keçirilən tədbirlər barədə məlumat verərək qeyd etdi ki, yaradılmış qərargahın əsas vəzifəsi rayon sakinlərinin sağlamlığının qorunmasına yönəldilmişdir.
Çıxışlarda rayonda karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı maarifləndirici tədbirlərin daha da intensiv şəkildə davam etdirilməsinin vacibliyi qeyd edildi.
Rayonda fəaliyyət göstərən yerli qurumların, o cümlədən rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs, rayon Polis Şöbəsi, digər idarə və təşkilatların məlumatları dinlənildi.
Koronavirus (COVİD-19) infeksiyasına qarşı həyata keçirilən profilaktiki tədbirlər, epidemioloji vəziyyətlə bağlı rayon qərargahının mütəmadi olaraq məlumatlandırılması  və maarifləndirici tədbirlərin təşkili məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər