Şriftin ölçüsü :

Saytın rəngi :

Evdə qalın, sağlam olun!

26 mart 2020 | 11:00

Hörmətli rayon sakinləri,

Ölkəmizdə koronavirus (COVİD–19) infeksiyasından qorunmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tapşırıq və tövsiyələrinə riayət etmək, yaxınlarınızın da bu istiqamətdə məlumatlandırılması və karantin rejiminin tələblərinə qeyd-şərtsiz əməl etmələri olduqca vacibdir. Hər cür səfərləri, gediş-gəlişləri, gəzintiləri məhdudlaşdırmağınız xahiş olunur.
Bir daha Sizləri karantin rejimi müddətində son dərəcə məsuliyyətli olmağa çağırır, xüsusi zərurət olmadan evdən çıxmamağı və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbirlərini görməyi tövsiyə edirik.

Evdə qalın, sağlam olun!

Ağdaş Rayon İcra Hakimiyyəti

Keçidlər