Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 2020-ci ildə təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu Qolqəti kənd sakinləri ilə keçirdi.

27 fevral 2020 | 11:00

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 2020-ci ildə təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu Qolqəti kənd sakinləri ilə keçirdi. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri və Qolqəti kənd sakinləri iştirak edirdilər.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov  respublikamızda olduğu kimi Ağdaş rayonunda da həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışdı. Rayon rəhbəri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verdi.
Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlər - kənddə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenisi ilə əvəz olunması, yeni bağça binasının tikintisi, yararsız vəziyyətdə olan qaz xətlərinin yenilənməsi və digər mövzulara rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi.

Keçidlər