Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Könüllülük öz xalqına və dövlətinə xidmətdir” mövzusunda maarifləndirici tədbir keçirildi.

19 fevral 2020 | 11:00

19 fevral 2020-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Ağdaş rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində, “Könüllülük öz xalqına və dövlətinə xidmətdir” mövzusunda marifləndirici tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev ölkəmizdə hər zaman dövlətimiz tərəfindən gənclər siyasətinə diqqət və qayğı göstərildiyini və bunun bariz nümunəsi olaraq 2020-ci ilin “Könüllülər ili” elan edildiyini bildirdi.
Çıxış edən digər natiqlər bildirdilər ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən və ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra respublikamızda gənclər siyasətinin əsası qoyulmuş, bu istiqamətdə bir sıra vacib qərarlar qəbul edilmişdir. Vurğulanmışdır ki, ilk könüllülük hərəkatı da məhz həmin zamanlarda formalaşmış, bu gün həmin hərəkat ölkəmizdə bir məktəbə çevrilmişdir.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin könüllüləri gənclərin inkişafına göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısına öz təşəkkürlərini bildirdilər.
Gənc könüllülərlə əlaqədar qısa videoçarxın nümayiş etdirildiyi tədbir sonda iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatdı.

Keçidlər