Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə “Azərbaycan” qəzetinin Ağdaş rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdikləri “Heydər Əliyev kursu Azərbaycanın dövlətçilik qüdrətinin və davamlı inkişafın

05 aprel 2013 | 10:00

Tədbir 04 aprel 2013-cü il tarixdə saat 1100-da Ağdaş şəhər Heydər Əliyev mərkəzində keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Parkında Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər. Tədbir Heydər Əliyev mərkəzində “Dəyirmi masa”   ətrafında davam etdirilmişdir. “Дяйирми маса”da “Азярбайcан” гязетинин баш редактору, Милли Мяcлисин депутаты Бяхтийар Sadıqov iştirak və çıxış etmişdir.
“Щейдяр Ялийевин мцяллифи олдуьу милли инкишаф просесиндя Аьдаш району мцщцм йер тутур” mövzusunda Rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq İbrahimov geniş məruzə ilə çıxış etmişdir. O çıxışında dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğun qeyd etmiş, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Natiq eyni zamanda Heydər Əliyevin hakimiyyəti illərində Ağdaş rayonunda qazanılmış nailiyyətlərdən və tərəqqidən söhbət açmış, müasir Ağdaşın görkəm alması ötən əsrin 70-80-ci illərin məhsulu olduğunu xüsusilə vurğulamışdır.
Daha sonra çıxış edən tədbir iştirakçıları qeyd etdilər ki, ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə dönüş, elmin, təhsilin və mədəniyyətin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Onun böyük uzaqgörənliklə müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilmişdir. Bunun nəticəsi olaraq dövlət iqtisadiyyatının güclənməsi ilə ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da geniş tikinti abadlıq işlərinin yeni vüsət aldığı, yeni-yeni iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin tikilib istifadəyə verilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi sahəsində işlərin davam etdirilməsi qeyd olunmuşdur.

Keçidlər