Ağdaşda vətəndaş qəbulu keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
Bu məqsədlə 14 fevral 2020-ci il tarixdə Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova vətəndaşların qəbulunu keçirdi.
Qəbulda Kürdəmir, Göyçay, Ağdaş rayonundan olan sakinlərin ərizə, təklif və müraciətlərinə baxıldı. Görüş çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, aliment, uşaqlarla ünsiyyət və boşanmalardan yaranan problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə baxıldı.
Qəbulda vətəndaşların Komitənin səlahiyyətləri çərçivəsində müraciətləri müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırıldı və aidiyyəti üzrə tədbirlər görüldü.
Qəbul başa çatdıqdan sonra Komitənin sədr müavini Sədaqət Qəhrəmanova rayonun bir qrup fəal qadını ilə görüşdü. O, ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayonun fəal qadınlarına məlumat verdi.
Sonda müzakirələr aparılmaqla tədbir iştirakçılarının təklifləri dinlənildi.