Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 2020-ci ildə təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu Ağcaqovaq kənd sakinləri ilə keçirdi.

30 yanvar 2020 | 11:00

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 2020-ci ildə təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulu Ağcaqovaq kənd sakinləri ilə keçirdi. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, Eymur, Ağcaqovaq və Ərəbşəki kənd sakinləri iştirak edirdilər.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov  respublikamızda olduğu kimi Ağdaş rayonunda da həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışdı. Rayon rəhbəri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verdi.
Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlər - kənd yolunun asfaltlanması, kəndin təbii qazla təmin olunması,  qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenisi ilə əvəz olunması, içməli su problemi, kəndin telefonlaşdırılması və digər mövzulara rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi.

Keçidlər