Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbulunu Ərəbocağı kənd sakinləri ilə keçirdi.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 2020-ci ildə təsdiq olunmuş qrafikə uyğun olaraq ilin ilk səyyar qəbulunu Ərəbocağı kənd sakinləri ilə keçirdi. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, Ərəbocağı kənd sakinləri iştirak edirdilər.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov respublikamızda olduğu kimi Ağdaş rayonunda da həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışdı. Rayon rəhbəri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verdi.
Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlər - kənddə içməli su problemi, kənd orta məktəbinin əsaslı təmiri, havaların quraq keçməsi ilə əlaqədar mal-qaranın otarılmasında yaranmış problemlər və digər mövzulara rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi.