Ağdaşda Novruz şənlikləri böyük təntənə ilə keçirilmişdir.
Tədbir 19 mart 2013-cü il tarixdə saat 1100-dan başlayaraq bayramsayağı bəzədilmiş Azadlıq meydanı, Heydər xiyabanı və Heydər parkı ərazisində keçirilmişdir.
Tədbirdə gənc rəssamların əl işləri, qədim əşyaların, milli mətbəx nümunələrinin nümayişi təqdim olunmuş, kəndirbazlar sirk qrupu və rayonun mədəniyyət kollektivlərinin rəngarəng çıxışları təşkil edilmişdir. Heydər parkı ərazisində bayram tonqalı yandırılmış, Novruzun əsas atributları olan Bahar qız, Dədə Qorqud, Keçəl, Kosa və milli geyimdə olan qızlar meydana daxil olmuş və folklor kollektivlərinin nümunəvi çıxışları təqdim olunmuşdur.
Rayon rəhbərliyi tədbirlərin keçirildiyi ərazidə əhali ilə görüşmüş, onlara bayram təbriklərini çatdırmışdır.
Bayram tədbirində 20 mindən artıq rayon əhalisi iştirak etmişdir.