Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov növbəti səyyar görüş keçirdi.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov təsdiq olunmuş qrafikə uyğun olaraq Aşağı Nemətabad kənd sakinləri ilə görüş keçirdi. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, Aşağı Nemətabad kənd sakinləri iştirak edirdilər.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov respublikada aparılan uğurlu siyasətdən və Ağdaş rayonunda həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışdı. Rayon rəhbəri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verdi.
Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlər - qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və naqillərin dəyişdirlməsi, Aşağı Nemətabad kənd ərazi icra nümayəndəliyinin tərkibində olan Yenikənd kəndinə təbii qazın çəkilməsi, kənddə olan elektrik transformatorunun dəyişdirilməsi və digər mövzulara rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi.